BANK

"Mobil bank" xidməti hansı bankda daha sərfəlidir? - SİYAHI
20 DEKABR 2018
537

"Mobil bank" xidməti hansı bankda daha sərfəlidir? - SİYAHI

2018-12-20 09:56:00

Banklarda mobil tətbiqin yaradılması insanların banklara getmədən tətbiq vastəsilə hesblarını idarə etməyə və digər ödənişlərin vaxt itirmədən həyata keçməsinə imkan verir. Bəs hansı banklarda mobil bank xidməti mövcuddur. Bu xidmət hansı bankda daha yaxşıdır. Fins.az xəbər verir ki, FED.az-ın apardığı araşdırmaya görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 24-də “Mobil Bank” xidməti var, digər 6 bankda ( “Günay Bank”, “Azərbaycan Sənaye Bankı”, “Ziraat Bank”, “Naxçıvan Bank”, “Bank Melli İran” və “Pakistan Milli Bank”) bu xidmət yoxdur.

Bankların bir çoxu standart xidmətlər təklif edilir.

Banklardakı standart tətbiqlər bunlardır:

  • Kart hesabından çıxarış
  • Kartın balansı haqqında məlumat
  • Kartdan karta pul köçürmə
  • Kartdan cari hesaba pul köçürmə
  • SMS-xəbərdarlıq xidmətinə qoşulma/ləğv
  • Kartın daimi bloklaşdırılması
  • Kartın müvəqqəti bloklaşdırılması/açılması
  • Online ödənişlər
  • Hesabdan çıxarış
  • Əmanətlər haqqında məlumat
  • Kreditlər haqqında məlumat
  • Bütün məlumatlar şifrələnir ;  
  • Xüsusi kitabxanalar ötürülən məlumatın təhlükəsizliyinə zəmanət verilir
  • Digər xidmətlər
  • Valyuta məzənnələri
  • Xidmət şəbəkəsi (filial, şöbə, bankomat)

Araşdırma nəticəsində məlum olub ki, bəzi banklarda standart xidmətlərlə yanaşı digər xidmətlər də mövcuddur.

“AccessBank”ın “myAccess” mobil bank xidməti hesab vasitəsilə bankdaxili köçürmə və mübadilə, hesab vasitəsilə ölkə xaricinə köçürmələr və hesab vasitəsilə ölkədaxili köçürmələr də həyata keçirilir. Əlavə imkanlar kimi - Google Authenticator vasitəsilə və Asan İmza vasitəsilə sistemə giriş, əlavə olaraq 3D Secure xidmətinə qoşulma xidmətlərini təklif edir.

“Unibank”ın Unibankın mobil tətbiqi “Markswebb” agentliyinin araşdırmasına əsasən Unibank Mobile Azərbaycanda ən yaxşı mobil bank əlavəsi hesab olunub. “Unibank Mobile” tətbiqi vastəsilə əməliyyat etdikcə bonuslar qazanmaq və onları hədiyyəyə çevirmək imkanı olur.

“Bank Respublika”nın “Mobil Şöbə” bu tətbiq vastəsilə digər və bir çox bankda olmayan avtomatik ödəniş və köçürmə sistemi mövcuddur. “Avtoödəniş” xidməti vasitəsilə şablonları tələb olunan formada tərtib etdikdən sonra, istifadəçi hər dəfə eyni ödəniş tapşırığını doldurmaq zərurətindən özünü birdəfəlik azad edir. “Mobil Şöbə”də olan Mobil Vizit xidməti vasitəsilə bankda görüş vaxtını əvvəlcədən  təyin etmək olur.

AtaBank”ın “AtaNet” mobil tətbiqi vastəsinə qoşulmaq üçün banka müraciət etməyə və SİM kartı dəyişməyə ehtiyac yoxdu. İstənilən mobil operator nomrəsi ilə “AtaNet” mobil tətbiqinə qoşulmaq olar. Bu mobil tətbiq vastəsilə kartın bloklaşdırılması , kart hesabı üzrə çıxarışın alınması və kartın balansı haqqında məlumatın alınması mümkündür.

“Beynəlxalq Bank” - “İBAM” mobil tətbiqi pulsuzdur. Beynəlxalq Bankın təklif etdiyi mobil tətniqə, kart hesabından çıxarış, kartın balansı haqqında məlumat, ,kartdan karta pul köçürmə, kartdan cari hesaba pul köçürmə, SMS-xəbərdarlıq xidmətinə qoşulma/ləğv, kartın daimi bloklaşdırılması, kartın müvəqqəti bloklaşdırılması/açılması, online ödənişlər, hesabdan çıxarış, əmanətlər haqqında məlumat, kreditlər haqqında məlumat, bütün məlumatlar şifrələnir, Xüsusi kitabxanalar ötürülən məlumatın təhlükəsizliyinə zəmanət verilir

“AG Bank”ın “AGBank Mobile” tətbiqi vastəsilə online bank programının  DEMO versiyasının baxış da mümkündür.
 
“Kapital Bank”ın “Bir Bank” tətbiqi mövcuddur.

“Paşa Bank”ın da “Pasha Mobile Bank”ın fərdi müştərilər üçün olan tətbiqi  mövcuddur.

Bank VTB-in “Mobil Bank” xidməti vastəsilə  VTB (Azərbaycan) və onun tərəfdaş banklarının filial və bankomatları barədə məlumatın almaq olar.
 

Banklar Mobil tətbiqin adı Play storedə son yenilənmə tarixi
AccessBank myAccess
Android 
İOS
5.12.2018
 
AG Bank AGBank Mobile
Android
30.08.2018
Amrah Bank MobilBank
Android
İOS
23 ekim 2017
Ata Bank AtaNet
Android
İOS
12.11.2018
AFB Bank MobilBank
Android
İOS
24.10.2017
Beynəlxalq Bank İBAM
Android
İOS
19.11.2018
Bank Avrasiya MobilBank
Android
İOS
23 ekim 2017
Bank of Baku Dost Bank
Android
İOS
23.04.2018
Bank Respublika Mobil Şöbə
Android
İOS
19.11.2018
Bank VTB VTB mobile
Android
İOS
26.02.2018
Bank BTB
 
MobilBank
Android
İOS
30.10.2017
Express Bank Express24
Android
İOS
18.08.2017
Kapital Bank Bir Bank
Android
İOS
28.11.2018
Paşa Bank Mobile Bank
Android
İOS
12.05.2018
Rabitə Bank Mobil Bankçılıq
Android
İOS
7.11.2017
Unibank Unibank Mobile
Android
İOS
29.11.2018
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264