BANK

Gələn il Rusiyada bəzi məhsullar bahalaşacaq
19 DEKABR 2018
276

Gələn il Rusiyada bəzi məhsullar bahalaşacaq

2018-12-19 14:29:00

Rusiya Bankı (Mərkəzi Bank) 2019-cu ildə qiymət artımı ilə bağlı məlumatları özündə əks etdirən “Pul –kredit siyasəti” hesabatını açıqlayıb.

Fins.az-ın məlumatına görə, hesabatda bildirilir ki, gələn il Rusiyada benzin və tütün məhsullarınının qiyməti 4,6%, avtomobillərin qiyməti 0,2%, şərab məhsullarının qiyməti 0,9% arta bilər. 

Benzinin bahalaşması məhsulların daşınması xərclərini artırmaqla son nəticədə malların özünün bahalaşmasına gətirib çıxaracaq.

Sənədə əsasən, 2019-cu ildə malların qiymətindəki dəyişikliyə ƏDV-nin, aksiz vergisinin artması və Ümumdünya Ticarət Təşkilatının tələbləri təsir edəcək.

 © Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264