BANK

“Bank BTB”dən sahibkarlara 12 ayadək GÜZƏŞT MÜDDƏTLİ biznes krediti!
04 DEKABR
102

“Bank BTB”dən sahibkarlara 12 ayadək GÜZƏŞT MÜDDƏTLİ biznes krediti!

2018-12-04 12:35:00

“Bank BTB” biznesini maliyyələşdirmək istəyənlərə 6-12 ayadək GÜZƏŞT MÜDDƏTLİ kredit təklif edir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər 1 000 000 manatadək məbləği illik 16%-dən başlayan şərtlərlə əldə edəcəklər.

Bundan başqa, Bank müştəriyə kredit məbləğinin müəyyən hissəsini karta bağlı kredit xətti şəklində də verə bilər.

Kreditin ödənişinə gəlincə, müştərilər istər filiala gəlməklə, istərsə də “eManat”, “MilliÖN”, “easypay”, “Expresspay” ödəmə terminalları vasitəsilə və ya Bankın onlayn bank bölməsinə keçid etməklə ödəniş həyata keçirə bilərlər.

Qeyd edək ki, biznes kreditləri və Bankın təqdim etdiyi digər məhsul və xidmətlərlə bağlı ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255