BANK

Bu müddəalar rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir
27 NOYABR
92

Bu müddəalar rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir

2018-11-27 09:24:00

Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi təklif olunan maddəyə əsasən  "13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir;";

1.2.4. 13.2.65-ci maddə aşağıdakı redaksiyada verilsin:

"13.2.65. transfer qiyməti - bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında aparılan əməliyyatlar zamanı müəyyən edilən və müstəqil şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən müqayisə edilə bilən əməliyyatlarda təsbit olunan qiymətlərə uyğun olmalı qiymət;"

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255