BANK

Banklar Mərkəzi Bankdakı müxbir hesablarında normadan artıq vəsait saxlayır
26 NOYABR
96

Banklar Mərkəzi Bankdakı müxbir hesablarında normadan artıq vəsait saxlayır

2018-11-26 14:06:00

Mərkəzi Bankın hesabat dövründə banklar tərəfindən milli valyutada cəlb edilmiş öhdəliklər, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması 0.5%, xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə 1%, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0% olub. Fins.az Finanas.az-a istinadən xəbər verir ki, dövr ərzində məcburi ehtiyat normalarının ortalama mexanizmi əsasında tətbiqi davam edib ki, bu da banklara likvidliyin çevik idarə edilməsinə müsbət təsir göstərən amillərdən biri olub.

Aparılmış monitorinqlərin nəticələrinə əsasən hesabat dövrü üzrə bütün aylarda bankların Mərkəzi Bankdakı müxbir hesablarının toplam qalıqları dövr üçün məcburi ehtiyat kimi saxlanmalı olan cəmi vəsaitlərin həcmini əhəmiyyətli üstələyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256