BANK

Türkiyə bankı Gəncədə filialını açır
12 NOYABR
151

Türkiyə bankı Gəncədə filialını açır

2018-11-12 10:26:00

“Ziraat Bank Azərbaycan” Gəncə filialının açılışına hazırlaşır.

Yeni filial Gəncənin Həsən bəy Zərdabi küçəsi 1 ünvanında yerləşir. Hələlik bank bu barədə ictimaiyyəti məlumatlandırmayıb. Yəqin ki, yaxın günlərdə bankın rəhbərliyi tərəfindən açılışla bağlı mətbuata məlumat veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl bu ünvanda “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Gəncə filialı fəaliyyət göstərib və filial öz fəaliyyətini 2017-ci ilin may ayınadək davam etdirib. 

Eləcə də bax:ABŞ dollarla bağlı vacib qərar qəbul edib - FED

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının müvafiq qərarına əsasən, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “Gəncə” filialına verilmiş icazə ləğv edilib. Filialın bağlanmasına əsas səbəb kimi “Yapı Kredi Bank Azərbaycan” tərəfindən xərclərin optimallaşdırılması göstərilib

“Ziraat Bank Azərbaycan” 30 dekabr 2014-cü ildən fəaliyyətə başlayıb. Bank üç səhmdardan ibarət olmaqla ASC formasında təsis edilib. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Sigorta Anonim Şirkəti və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir.

 ©FED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256