BANK

Qərar qəbul edilməzsə, əmanətçilər banklardan vəsaitlərini çəkə bilər - EKSPERT
06 NOYABR
180

Qərar qəbul edilməzsə, əmanətçilər banklardan vəsaitlərini çəkə bilər - EKSPERT

2018-11-06 13:51:00

5 ay sonra “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvədən düşür.

2016-cı ilin martın 1-də qüvvəyə minən sözügedən qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır. 

Fins.az "Finans.az"-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov şəxsi "facebook" hesabında yazıb. Ekspertin sözllərinə görə, bu isə o deməkdir ki, qanuna əsasən, gələn il martın 1-dən etibarən yenidən yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq:

"Bu qanunun 2016-cı ildə qəbulu, neftin dünya bazar qiymətləri yüksək olmayan dövrdə banklara əmanətlərin cəlb edilməsi baxımdan vacib addım hesab edilir. Belə ki, müəyyənləşdirilmiş faiz dəhlizləri çərçivəsində əmanətlərin tam sığortlanması banklarda depozitin saxlanmasını təşviq etdi. Digər tərəfdən, müflis elan edilən banklarda qorunan əmanətlərin tam həcmdə qayatarılması da depozit yığımlarına maraq yaradır. Bu qanun o zaman qəbul edilməsəydi, əmanətlərin banklardan kütələvi çəkilməsi baş verə bilərdi.

İqtisadçı-ekspert Vüqar Bayramov

Bu baxımdan, məbləği böyük olan əmanətlərin banklardan çəkilməməsi üçün “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik edilməsi məbləğindən asılı olmayaraq əmanətlərin tam slğortlanması müddətinin daha 3 il uzadılması məqsədəuyğundur. Daha uyğun olardı ki, müddətin uzadılması ilə bağlı qərar 2018-ci ilin sonunadək qəbul edilsin. Çünki bu halda yüksək məbləğli əmanət sahiblərinin depozitlərinin sığortalanmayacağından narahat olub vəsaitlərini banklardan götürmə riski aradan qalxar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258