BANK

Dolların qiymətlərində ucuzlaşma davam etməkdədir
02 NOYABR
217

Dolların qiymətlərində ucuzlaşma davam etməkdədir

2018-11-02 10:04:00
Dünya birjalarında bu gün açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı önəmli göstəricilər öncəsi dolların qiymətlərində ucuzlaşma davam etməkdədir.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, avro və qızıl qiymətlərinin bahalaşmasına səbəb olub. EUR/USD məzənnəsi artıq 1.14$-ın üzərində və qızılın bir unsiya üzrə qiyməti isə 1232$-a ticarət edilməkdədir
Bununla yanaşı, Bakı vaxtı ilə saat 16:30-da yayımlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir və dolların qiymətində dalğalanmanın yenidən artmasına səbəb ola bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
©marja
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258