BANK

İnflyasiya üzrə gözləntilər və proqnozlar açıqlanıb - Mərkəzi Bank
30 OKTYABR
228

İnflyasiya üzrə gözləntilər və proqnozlar açıqlanıb - Mərkəzi Bank

2018-10-30 12:39:00

Biznes sektorunun inflyasiya gözləntiləri ticarət və xidmət sektorunda qiymət artımı gözləntilərinin azalması hesabına aşağı düşür. İstehlak qiymətlərinin cari dinamikası ev təsərrüfatlarının da inflyasiya gözləntilərinin stabilləşməsini şərtləndirir. Son makroiqtisadi proqnozlar 2018-ci ilin sonuna 3-4% səviyyəsində qərarlaşacağını göstərir.Beynəlxalq konyunktur son 3 ayda da Azərbaycan üçün əlverişli olaraq qalmışdır. Ümumilikdə 9 ayda neftin orta qiyməti ötən ilin eyni dövrünə nəzərən  38%-ə yaxın artmışdır.

Bu şəraitdə tədiyə balansının profisiti artmaqda davam edir. 2018-ci ilin 9 ayında xarici ticarət balansında ÜDM-in təxminən 19%-i səviyyəsində müsbət saldo yaranmışdır. Qeyri-neft ixracı ötən ilin eyni dövrünə nəzərən 13% artmışdır.

Xarici maliyyələşmə şərtlərinin dəyişməsi ilə kapital çıxışı və  geosiyasi gərginliklər fonunda ticarət tərəfdaşı olan bəzi ölkələrdə milli valyutaların kəskin ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərməmişdir. Bu ölkələrdə mərkəzi banklar tərəfindən qəbul edilmiş pul siyasəti qərarları, o cümlədən faiz dərəcələrinin yüksəldilməsi maliyyə bazarlarını stabilləşdirmişdir. 

Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində daxili valyuta bazarında tarazlıq qorunmuş və ölkənin strateji valyuta ehtiyatları 45 mlrd. ABŞ dollarına çatmışdır. Proqnozlara görə xarici mühitdə pozitiv meyillərin 2018-ci ilin qalan dövründə də davam edəcəyi gözlənilir. 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255