BANK

İpoteka kreditində 40%-dən çox artım
29 OKTYABR
129

İpoteka kreditində 40%-dən çox artım

2018-10-29 12:13:00

2018-ci ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 183,2 mln. manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 40,6% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Sentyabr ayında agent banklar tərəfindən 27,9 mln. manat məbləğində ipoteka krediti verilib.

AMB-nin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında İKZF 178,6 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (2017-ci ilin 9 ayı ilə müqayisədə artım 3 dəfə).

Bu dövrdə fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 100 mln. manat, həmçinin sentyabr ayında 50 mln. manat alıb.

Eləcə də bax:AtaBank"dan 25 illiyinə həsr olunmuş inanılmaz əmanət kampaniyası

İKZF 2018-ci ilin yanvar-sentyabr aylarında istiqrazların yerləşdirilməsindən 155 mln. manat cəlb edib.

2017-ci ildə fondun agent bankları tərəfindən 202,9 mln. manat məbləğində ipoteka krediti verilib.

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

  “İnterfaks-Azərbaycan”  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251