BANK

Azərbaycanda verilən kreditlərin 96,7 faizi bankların payına düşüb
19 OKTYABR
151

Azərbaycanda verilən kreditlərin 96,7 faizi bankların payına düşüb

2018-10-19 10:30:00

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, sentyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12306,5 milyon manat təşkil edib.

Fins.az Dövlət Statistika Komitəsinə əsasən bildiriblər ki, ümumi kredit portfelinin 9873,4 milyon manatı və ya 80,2 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1772,4 milyon manat olub və ümumi kredit portfelinin 14,4 faizini təşkil edib.

Eləcə də bax:Baş bankir bildirir ki, kiriptovalyuta “alov”u sönür

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259