BANK

Avro və Funt ucuzlaşa bilər
17 OKTYABR
138

Avro və Funt ucuzlaşa bilər

2018-10-17 09:38:00

Bu gün dünya birjalarında Breksit fonunda danışıqlar və Amerika Mərkəzi Bankının toplantı protokolu investorların diqqət mərkəzində olacaqdır.

Fins.az xəbər verir ki, Beynəlxalq valyuta birjalarında avro və funtun qiymətləri Avropa Birliyi (AB) sammitinin ikinci günü ərzində təzyiq altında qalmaqda davam edir. Bu gün xüsusilə AB-nin 27 dövlət və hökümət nümayəndələrinin Breksit müzakirəsi diqqət mərkəzində olacaqdır.

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi də ucuzlaşa bilər. Funt/dollar məzənnəsin də 1.32$-ın altında qaldıqca, 1.30$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Eləcə də bax:Dollar bu vaxta qədər 40% ucuzlaşa bilər

Lirə bahalaşmaqda davam edir

Türkiyə maliyyə bazarlarında isə lirənin qiyməti dəyər qazanmaqda davam edir. Artıq son iki ayın maksimum səviyyəsində ticarət edilən lirə, sözügedən səviyyənin üzərində qaldıqca, 5.57 və 5.43TL-yə kimi də bahalaşa bilər.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 22:00-da yayımlanacaq Amerika Mərkəzi Bankının (FED) toplantı protokolu da investorlar tərəfindən böyük maraqla gözlənilir.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250