BANK

Pul köçürərək, pul qazanmaq üçün cəmi 3 gün vaxt qaldı
15 OKTYABR
150

Pul köçürərək, pul qazanmaq üçün cəmi 3 gün vaxt qaldı

2018-10-15 15:11:00

Son 3 gün - Western Union Expressbank-la gəlir gətirir! Expressbank-ın Western Union ilə birgə keçirdiyi aksiya sona çatır. Lakin 17 oktyabr tarixinədək hələ də Expressbank-da Western Union təcili pul köçürmələri sistemi ilə pul göndərən və ya pul alanlar bonus qazana biləcəklər. Bonuslar Expressbank-ın pul köçürmələri həyata keçirən bütün müştərilərə hədiyyə etdiyi Pul Karta oturacaq.

Aksiyanın qüvvədə olduğu son 3 gün ərzində pul köçürənlər komissiyadan 15% məbləğində, pul qəbul edənlər isə ümumi məbləğdən 0,2% dəyərində bonus qazanacaqlar. Beləcə, Expressbank-da Western Union ilə həm pul göndərən, həm pul alan udmuş olacaq: biri gəlir əldə edəcək, o biri isə ona göndərilən məbləğdən daha artıq pul alacaq! 

Qeyd edək ki, Expressbank-ın aksiyadan kənar pul köçürmə şərtlərinə görə, pul göndərənlər karta komissiyanın 5% dəyərində, pul alanlar isə - ümumi məbləğin 0,1% alırlar. 

Expressbank fərqli xidmət göstərən, 16 filialdan ibarət şəbəkəyə malik, ölkənin aparıcı banklarından biridir.

Bankın yeni məhsulları və aksiyaları barədə məlumatlı olmaq üçün, sosial şəbəkələrdəki səhifələrə yazılın:

https://www.facebook.com/Expressbank/

https://www.instagram.com/expressbank_official/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258