BANK

Azərbaycan Beynəlxalq Bankı Caz Festivalının sponsorudur
15 OKTYABR
148

Azərbaycan Beynəlxalq Bankı Caz Festivalının sponsorudur

2018-10-15 14:16:00

Oktyabrın 14-də Bakıda Beynəlxalq Caz Festivalı start götürüb. Müxtəlif sahələrdə korporativ sosial məsuliyyət layihələrini uğurla həyata keçirən Azərbaycan Beynəlxalq Bankı Bakı Beynəlxalq Caz Festivalının da sponsorlarındandır. Açılış mərasimi “Elektra Events Hall”-da baş tutub.

Oktyabrın 28-dək davam edəcək bu mədəniyyət tədbirinin proqramı xeyli zəngindir. Festivalın konsert proqramları Beynəlxalq Muğam Mərkəzində və Rotunda Caz Klubunda təşkil olunacaq. Festival çərçivəsində maraqlı sərgilər, seminarlar, master-klasslar, film nümayişi, caz ustaları ilə görüşlər olacaq.

Bakı Beynəlxalq Caz Festivalı 2005-ci ildən keçirilir. Festivalda həm xarici, həm də yerli caz ulduzları iştirak edir. Bakı Beynəlxalq Caz Festivalı 2017-ci ildən “European Jazz Network” təşkilatının üzvüdür.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258