BANK

Bank Avrasiyanın əksər göstəricilərində azalmalar müşahidə olunur
15 OKTYABR
134

Bank Avrasiyanın əksər göstəricilərində azalmalar müşahidə olunur

2018-10-15 10:13:00

“Bank Avrasiya” ASC 2018-ci ilin 9 ayını 2 milyon 674 min manat xalis mənfəət ilə başa vurub. Lakin yaxın keçmişə nəzər salsaq görərik ki, ötən ilin analoji dövri ilə müqayisədə 10 milyon 990 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da bankın xalis mənfəətinin nə az nə çox 4 dəfədən çox azalması deməkdir. 

2018-ci ilin yanvar-sentyabr aylarında  “Bank Avrasiya”nın cəmi gəlirləri 10 milyon 100 min manat, o cümlədən faiz gəlirləri 9 milyon 98 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 2 min manat təşkil edib. Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə Bankın cəmi gəlirəri 11 milyon 515 min manat,  faiz gəlirləri 9 milyon 515 min, qeyri-faiz gəlirləri 2 milyon manat təşkil edib. Beləliklə, ötən ilin 9 ayı ilə müqayisədə “Bank Avrasiya”nın cəmi gəlirləri 12,2%, o cümlədən faiz gəlirləri 4,4%, qeyri-faiz gəlirləri 2 dəfə azalıb.

30 Sentyabr 2017-ci il tarixində "Bank Avrasiya" 164 milyon 765 min manat cəmi aktivlərə (o cümlədən 92 milyon 547 min manat müştərilərə verilən kreditlər və 35 milyon 801 min manat qiymətli kağızlara investisiya), 103 milyon 257 min manat cəmi öhdəliklərə və 61  milyon 508 min manat balans kapitalına malik olub. 30 Sentyabr 2018-ci il tarixində "Bank Avrasiya" 153 milyon 355 min manat cəmi aktivlərə (o cümlədən 86 milyon 780 min manat müştərilərə verilən kreditlər və 24 milyon 380 min manat qiymətli kağızlara investisiya), 89 milyon 469.7 min manat cəmi öhdəliklərə və 63 milyon 886.1 min manat balans kapitalına malik idi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259