BANK

Çinin milli valyutası dayanmadan ucuzlaşır
15 OKTYABR
162

Çinin milli valyutası dayanmadan ucuzlaşır

2018-10-15 10:06:00

Çin Mərkəzi Bankı bu gün ABŞ dollarının məzənnəsini 6,9154 yuana bərabər müəyyən edib. Sonuncu dəfə CNY/USD nisbəti bu həddə ötən il yanvarın 11-də olub. Fins.az Report-a istinadən xəbər verir ki, Çinin pulu Amerika valyutası qarşısında 10 gündür ucuzlaşır.

Hazırda “Bloomberg” ticarət platformasında 1 dollar 6,92 yuana bərabərdir. Bu rəqəm bu il avqustun 15-də 6,93 olub.

Xatırladaq ki, 2018-ci ilin ilk aylarında yuan dollara qarşı möhkəmlənsə də, maydan etibarən zəifləməyə başlayıb və bu azalma tendensiyası hələ də qalır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251