BANK

PAŞA Bank «Visa İnternational» tərəfindən sertifikatla mükafatlandırılıb
27 İYUN
1228

PAŞA Bank «Visa İnternational» tərəfindən sertifikatla mükafatlandırılıb

2018-06-27 12:19:00

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank «Azərbaycanda Visa plastik kartları ilə nağdsız əməliyyat sayı üzrə ən sürətli artım tempinə nail olduğuna görə» «Visa International» beynəlxalq ödəniş sistemi tərəfindən sertifikatla təltif edilib.

Sertifikat «Visa International»-ın Azərbaycan, Belarus və Moldova ölkələri üzrə rəhbəri İqor Kovalev tərəfindən təqdim edilmişdir. 2012-ci ildən etibarən Bank bu beynəlxalq ödəniş sisteminin Prinsipial Üzvüdür.

Xatırladaq ki, PAŞA Bank həmçinin 2017-ci ilin yekunlarına görə yerli bazarda «Nağdsız ödənişlər üzrə Lider Bank» adına da layiq görülmüşdür. Bu mükafat illik əsasda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə tərəfdaşlıqda bank seqmentinin bütün iştirakçıları arasında keçirilən müsabiqə çərçivəsində verilmişdir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255