BANK

Azərbaycanda ilk dəfə bunu Rabitəbank etdi
14 İYUN
1841

Azərbaycanda ilk dəfə bunu Rabitəbank etdi

2018-06-14 13:50:00

Dünya rəqəmsallaşır, insanlar üçün demək olar ki, bütün xidmətlər getdikcə daha rahat və əlçatan olur. Son dövrlərdə bank sektorunda dinamik inkişaf və aktiv fəaliyyət göstərən Rabitəbank isə gətirdiyi daha bir yenilik ilə öz iddiasını ortaya qoyur: Artıq bütün müştərilər Facebook-dan çıxmadan, Messenger vasitəsilə Rabitəbank-a kredit müraciəti, plastik kart sifarişi edə bilirlər! Bunun üçün isə cəmi 25 saniyə kifayət edir.

Proses belə baş verir: Müştəri Rabitəbank-ın rəsmi Facebook səhifəsinə yazan kimi Rabitabot işə düşür, müştəriyə xidmətlər menyusunu təqdim edir, menyudan maraqlı olduğu xidməti seçən müştəriyə isə sadəcə klikləmək və bəzi məlumatları qeyd etmək qalır – sanki öz dostu ilə mesajlaşırmış kimi keçən 25 saniyə ərzində müştərinin bütün istəkləri qeyd olunur, məlumatlar dərhal müştəri xidmətləri və digər bütün aidiyyatı departamentlərə göndərilir, konsultantlar isə ən qısa zaman ərzində müştəri ilə əlaqə saxlayırlar və xoşbəxt sonluq baş tutur: müştəri Facebook-dan çıxmadan, heç bir əziyyət çəkmədən kredit müraciəti və ya plastik kart sifarişi etmiş olurlar.

Düşünürük ki, bu qədər oxumaq kifayətdir, real olaraq yoxlamaq daha yaxşıdır. Buyurun, özünüz test edin: https://m.me/rabitabank

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251