BANK

Banklardankənar nağd pul kütləsi 10 aylıq minimuma enib
11 İYUN
269

Banklardankənar nağd pul kütləsi 10 aylıq minimuma enib

2018-06-11 15:12:00

Azərbaycanda banklardankənar nağd pul kütləsi (M0 aqreqatı) aylıq müqayisədə 484,9 mln. manat və yaxud 6,6% azalaraq bu il mayın 1-nə 6 919,3 mln. manat təşkil edib. Fins.az xəbər verir ki,“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, banklardankənar nağd pul kütləsinin həcmində son 10 ayın minimumu qeydə alınıb. Yekun göstərici ötən ilin eyni dövrü ilə müqayisədə isə 570,7 mln. manat və yaxud 9% çoxdur.  

Qeyd edək ki, ölkədə nağd pul kütləsinin tarixi maksimal səviyyəsi 2014-cü il iyul ayında qeydə alınıb və 10 508,9 mln. manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255