BANK

Türkiyəli ekspertlər ölkədə dolların məzənnəsinin belə olcağını proqnoz edirlər
29 MAY
723

Türkiyəli ekspertlər ölkədə dolların məzənnəsinin belə olcağını proqnoz edirlər

2018-05-29 14:04:00

Türkiyə Mərkəzi Bankın pul siyasətində yeni qərarından sonra türk lirəsi dəyər qazanır, TRY/USD nisbəti hətta 4,4 lirəyə düşə bilər. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu fikirlə qonşu ölkənin ekspertləri çıxış edib. 

Onların fikrincə. ABŞ və Böyük Britaniyadakı tətitlərlə əlaqədar bu gün beynəlxalq valyuta birjalarında aktivlik artacaq. 

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı ötən gün bəyan edib ki, pul siyasətinin əməliyyat çərçivəsinin sadələşdirilməsi prosesi başa çatıb və onun tətbiqinə iyunun 1-dən başlanılacaq.

Yeni qərara əsasən, bir həftəlik repo faizi 16,5% təşkil edəcək. Türkiyə Mərkəzi Bankı pul siyasətini əsasən bu göstərici üzərində quracaq. Bu faiz mövcud maliyyələşmə faizinə (16,5%) uyğundur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256