BANK

Türkiyə Mərkəzi Bankından yeni faiz qərarı - Lirə bahalaşır?
28 MAY
847

Türkiyə Mərkəzi Bankından yeni faiz qərarı - Lirə bahalaşır?

2018-05-28 13:34:00

Türkiyə Mərkəzi Bankının yaydığı məlumata görə, 1 İyun 2018-ci il tarixindən etibarən bir həftəlik repo  faizi 16.5 faiz təşkil edəcək."Bir həftəlik repo hərracı faiz nisbəti Mərkəzi Bankın əsas pul siyasəti faizi olacaqdır. Bu nisbət, mövcud maliyyələşmə faizinə (16,50 faiz) bərabərdir. Mərkəzi Bankın gecəlik borclanma və borcvermə nisbətləri bir həftəliki repo faiz nisbətilə müqayisədə -/+ 150 bəndlik marja ilə müəyyən olunacaqdır". 23 May 2018-ci il tarixində Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz dərəcəsini (Likvidlik pəncərəsini- GLP) 13.5%-dən 16.5%-ə qaldırmşdı.Həmin gün 4.9253 səviyyəsinə qalxan Dollar/TL məzənnəsi faiz qərarının ardından 4,54 səviyyəsinə qədər geriləmişdi. Sonradan məzənnə 4,80 səviyyəsinədək yüksəlmişdi.

Bu gün Türkiyə Mərkəzi Bankının açıqlamasından sonra da Türk Lirəsi bahalaşıb. Dollar/TL məzənnəsi 3%-dən çox düşərək 4.5623 səviyyəsinə geriləyib (Saat 13:20-yə olan məlumat). 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255