BANK

Qadın Bankirlər bir araya gəliblər
25 MAY
466

Qadın Bankirlər bir araya gəliblər

2018-05-25 09:52:00

19 may tarixində “Women Bankers Club”, Qadın Bankirlər Klubunun növbəti görüşü keçirilmişdir. Görüşdə klub üzvlərinin bir çoxu, o cümlədən Bank sistemində qabaqcıl yerlər tutan qadın bankir üzvlər də iştirak edirdi. Görüşün rəsmi açılışını PaşaBankın Baş Risk İnzibatçısı, İdarə Heyətinin üzvü Xəyalə Nağıyeva və KapitalBankın İnsan Resursları Departamentinin Direktoru Fərqanə Məmmədova etdilər. Xəyalə xanım, klubun fəaliyyətini yüksək qiymətləndirdi. O, təşkilatçıların əməyinin danılmaz olduğundan və çox böyük və faydalı iş gördüklərini vurğuladı. Fərqanə xanım isə qadının bank sistemində və ümumilikdə cəmiyyətdə rolundan söz açdı. Heç bir çətinliyə baxmayaraq, qadının xoşbəxtliyi üçün çalışmalı olduğunu və xoşbəxt qadının işdə, ailədə və cəmiyyətdə daha faydalı olduğundan danışdı. Klubun hər iki xanım üzvləri sonda klubun fəaliyyətinə bol uğur arzuladılar.

Görüşün bu dəfəki qonağı isə Azərbaycan televisiyasının ulduzu, təkrarolunmaz teleaparıcı, bir çox tanınmış televiziya verilişlərinin müəllifi və prodüsseri Nərgiz Cəlilova idi.  Nərgiz xanım, avtobioqrafiyasından danışdı, peşəkar aparıcı karyerasına başlama tarixindən, aşdığı çətinliklər, həyati prinsiplər, stil, sağlamlıq, qidalanma sirrləri ilə paylaşdı. Görüşün sonunda ASAN Radiosunun direktoru, tanınmış teleaparıcı Emin Musəvi də iştirak edərək, klubun görüşünə xüsusi rəng qatdı.

“Women Bankers Club” mütəmadi olaraq bu növ görüşləri təşkil edəcək və formatın daha faydalı və maraqlı keçməsi üçün tədbirləri davam etdirəcəkdir. Bu barədə klubun facebook səhifəsindən məlumat almaq olar. Klubun tədbirləri haqqında facebook səhifəsində dərc olunur. Bundan başqa klubun facebook-da qapalı və yanlız qadın bankirlərin qoşula biləcəyi qrupu da mövcuddur. Bu qrupda, tədbir öncəsi müzakirələr, maraqlı paylaşımlar və yanlız klub üzvlərinə məxsusi kampaniyalar keçirilməsi nəzərdə tutulur. Hazırda qrupun 500-ə yaxın üzvü vardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256