BANK

Ötən il Azərbaycan ixracı 17% artırıb
15 MAY
102

Ötən il Azərbaycan ixracı 17% artırıb

2018-05-15 11:51:00

2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı sahəsində 4,2%, xidmətlər sahəsində 3,% artım, sənayedə isə 3,6% azalma baş verib. Fins.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Asiya və Sakit Okean Hövzəsinin 45 ölkəsi üzrə “2018-ci ilin əsas statistik göstəriciləri” adlı hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, ötən il Azərbaycanda mal ixracı sahəsində 17,1%-lik artım, mal idxalında isə 2,5 azalma qeydə alınıb. “Ölkənin ticarət balansı 2017-ci ildə ÜDM-in 16,4 faizini təşkil edib. Ölkənin ümumi daxili ehtiyatlarının həcmi 5,335 mlrd. dollara, gəlirləri ÜDM-in 23,5 faizinə, xərclər ÜDM-in 25,1 faizinə bərabər olub. 2017-ci ildə Azərbaycanda tədiyyə balansı ÜDM-in 5,5 faizini təşkil edib,” – deyə hesabatda vurğulanıb.

Hesabat müəllifləri onu da qeyd edib ki, ötən il Azərbaycanda yaşı 15 və daha yuxarı olan gənclərin 28,6%-nin banklar və digər maliyyə institutlarında hesablarının olduğu məlum olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276