BANK

AtaBank və Aqro-Azərinvest-dən Fins.az saytında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş müsabiqə - MÜKAFAT
14 MAY
1898

AtaBank və Aqro-Azərinvest-dən Fins.az saytında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş müsabiqə - MÜKAFAT

2018-05-14 12:01:00

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Odur ki, Fins.az, AtaBank və Aqro-Azərinvest şanlı tariximizin təşfiqi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə foto müsabiqəyə start verir. Müsabiqə mayın 11-dan 26-dək davam edəcək. Yarışmanın sponsoru AtaBank və  Aqro-Azərinvest şirkətidir.

Müsabiqənin şərtlərinə gəlincə isə iştirakçılar Xalq Cümhuriyyətinə aid yalnız bir foto çəkərək və ya çəkdirərək info@fins.az emailinə göndərməlidirlər. Fotoda Azərbaycan Cumhuriyyətini əks etdirən mənalar olmalıdır. Bundan başqa müsabiqəyə qatılan şəxs nə üçün seçdiyi fonda foto çəkdirdiyini və ya bu fonda foto çəkdiyini yazılı formada izah etməlidir. Sonda ən mənalı foto göndərən 2 nəfər şəxs AtaBank və Aqro-Azərinvest şirkəti tərəfindən dəyərli mükafatlar alacaqlar. Qaliblərdən birinə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr  olunmuş və xüsusi hazırlanmış AtaBankın 100 manat dəyərində olan  plastik kartı təqdim olunacaq. İkinci qalib isə Aqro-Azərinvest şirkətindən dəyərli mükafat qazanmış olacaq.  Qaliblər Fins.az-ın və AtaBankın işçilərindən təyin olunmuş münsiflər heyəti tərəfindən seçiləcək.

Hər kəsə uğurlar!!!

Müsabiqə ilə bağlı sualları olanlar info@fins.az yazmaqla və ya 012 492 08 20(daxili 34); 055 577 67 30 telefon nömrələri ilə əlaqə saxlamaqla suallarını ünvanlandıra  bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267