BANK

"Paşa Bank"ın sədri: "Banklarda faizlərin azalması yaxşı tendensiyadır"
01 MAY
155

"Paşa Bank"ın sədri: "Banklarda faizlərin azalması yaxşı tendensiyadır"

2018-05-01 11:11:00

"Paşa Bank" ASC-nin həm depozit, həm də kredit faiz dərəcələri aşağı düşüb". Bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib. 

"İlin əvvəlində qısamüddətli kreditlərin faizi 18-20% idisə, hazırda təxminən 14-16%-ə düşüb. Birillik depozitlərdə faizlər ilin əvvəlindəki 12%-dən hazırda 7-8% ə düşüb. Uçot dərəcəsinin aşağı salınması bizim faizləri də aşağı saldı. Bu, yaxşı tendensiyadır. Bundan əlavə, faiz dərəcələrinin düşməsinin səbəblərindən biri də qeyri-nağd əməliyyatların artmasıdır", - o qeyd edib. 

Sədr onu da bildirib ki, "Paşa Bank" növbəti 3 ildə hər hansı xarici banka investisiya planlaşdırmır: "Bank öz fəaliyyətini mövcud üç ölkədə gücləndirməyi, bu ölkələrdə bazar payını artırmağı planlaşdırır. Hər üç ölkədə aktiv məqsədli strategiyamız var və növbəti 3 ildə bu istiqamətdə çalışacağıq". 

Bundan başqa, onun sözlərinə görə, "Paşa Bank" Azərbaycan Mərkəzi Bankının (AMB) depozit hərraclarında aktiv iştirak edir: "Bankn nağd vəsaitlərinin əksəriyyəti AMB-nin müxbir hesablarında yerləşdirilib". 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276