BANK

"AccessBank" heyvandarlıqla məşğul olanlar üçün kampaniya keçirir
01 MAY
158

"AccessBank" heyvandarlıqla məşğul olanlar üçün kampaniya keçirir

2018-05-01 10:18:00

Daim kənd təsərrüfatının müxtəlif sahələrini dəstəkləyən "AccessBank" ASC heyvandarlıqla məşğul olan şəxslər üçün "Bir sürü təlkif" adlı kredit kampaniyasına start verir. Mayın 1-dən start götürən kampaniya avqustun sonunadək davam edəcək. 

Bu müddət ərzində Bank heyvandarlıqla məşğul olan şəxslərə kredit götürərkən 12 ayadək GÜZƏŞT MÜDDƏTİ və illik faiz dərəcəsinə 3%-dək ENDİRİM təqdim edir. Bundan başqa, müştəri ödəniş qrafikini özü seçərək kredit üzrə ödənişləri biznesinə uyğun şəkildə tərtib edə biləcək. 

Ətraflı məlumatı bankın saytından, Facebook və Twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz."AccessBank"ın nizamnamə kapitalı 140,25 mln. manat təşkil edir. Səhmlərin 100%-i xarici kapitaldan ibarətdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bankın səhmdarları bunlardır: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - "Kreditanstalt für Wiederaufbau" (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH" (3,47%).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276