BANK

"BTB bank"də mənfəət qazananlar sırasındadır
24 APREL
181

"BTB bank"də mənfəət qazananlar sırasındadır

2018-04-24 12:31:00

Bank “BTB” ASC-nin aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 2018-ci il aprelin 1-nə 290 269,7 min manat təşkil edib. Fins.az xəbər verir ki, bankın kredit portfelində eyni dövr ərzində 24% artım var.

Rübün nəticələrinə əsasən Bankda depozit portfelinin həcmi isə 66076.37 min manat təşkil edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 31% çoxdur.

Hesabat dövründə Bank “BTB” 298,36 min mənfəət əldə edib.

Bank “BTB” ASC -in məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 54 057,43 min manat təşkil edir, nizamnamə kapitalı isə 66 450 min manat təşkil edir.

Bank “BTB” ASC 2010–cu ildə təsis olunub və universal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 10 filialı, 6 şöbəsi var. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273