BANK

NBC Bankın buna görə zərəri yaranıb
13 APREL
547

NBC Bankın buna görə zərəri yaranıb

2018-04-13 00:19:00

2017-ci ilin ilk 3 ayında “NBC Bank”ın cəmi gəlirləri 4 milyon 441 min manat, faiz gəlirləri 3  milyon 541 min manatqeyri-faiz gəlirləri 900 min manat olub. Fins.az xəbər verir ki, bankın faiz və qeyri-faiz xərcləri isə 3 milyon 334 min manat olduğundan bank ilk rübü 1 milyon 107 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bank əməliyyat mənfəətini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına yönəltdiyindən, 80.5 min manatlıq zərəri yaranıb.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

2018-ci ilin ilk 3 ayında “NBC Bank”ın cəmi gəlirləri 4 milyon 613 min manat, o cümlədən faiz gəlirləri 3 milyon 974 min manat, qeyri-faiz gəlirləri 639 min manat olub..

 Eyni dövrdə Bankın cəmi xərcləri 3 milyon 938 min manat təşkil edib. Həmçinin ehtiyatlardan 144 min manat gəlirə əlavə edilib.

 2017-ci ilin sonunda “NBC Bank”da 204 milyon 125 min manat təşkil etmiş cəmi aktivlər, 2018-ci ilin mart ayının sonunda 221 milyon 879 min manata, müştrilərə verilmiş kreditlər isə 154 milyon 396 min manatdan 164 milyon 628 min manat olub..

 İlk 3 ayda depozitlər 8 milyon 560 min manat artaraq 82 milyon 529 milyon manata qalxıb.  Bankın məcmu kapitalı 57 milyon 446 manat təşkil edib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270