BANK

Depozit hərracında tələb təklifi 4 dəfəyə yaxın üstələyib
09 APREL
228

Depozit hərracında tələb təklifi 4 dəfəyə yaxın üstələyib

2018-04-09 13:26:00

Bu gün Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. AMB-dən  verilən xəbərə görə, hərracda tələb 1 mlrd. 74,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 4,3 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 250 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273