BANK

“Amrahbank”ın maliyyə dəstəyi ilə xeyriyyəçilik tədbirləri davam edir
05 APREL
229

“Amrahbank”ın maliyyə dəstəyi ilə xeyriyyəçilik tədbirləri davam edir

2018-04-05 13:09:00

Korporativ Sosial Məsuliyyət tədbirlərinin ictimaiyyətə faydalı təşkil olunmasında daim maraqlı olan Amrahabnk, Xəzər Qağıkeşlik Layihəsi Klinikasında xeyriyyəçilik tədbirlərini davam etdirir.

Növbəti dəfə katarakta xəstəliyindən əziyyət çəkən Sumqayıt şəhər sakini, 1945-ci il təvəllüdlü Yaqub Ağamaliyevin, Bakı şəhəri, Pirşağı qəsəbə sakini,1941-ci il təvəllüdlü Ofeliya Hacıyevanın və yüksək dərəcəli miopiya xəstəliyindən əziyyət çəkən  Balakən rayon sakini, 1962-ci il təvəllüdlü, Solmaz Qarayevanın gözlərində uğurlu cərrahiyyə əməliyyatları həyata keçirildi.

Amrahbank adından klinikanın bütün kollektivinə şərəfli işlərində uğurlar arzu edirik, klinikanın pasiyentlərinə isə şəfalar diləyirik.

Amrahbank: Sizə açıq və aydın bank

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273