BANK

117,310 kredit hesabatı sorğu olunub
03 APREL
541

117,310 kredit hesabatı sorğu olunub

2018-04-03 01:54:00

Azərbaycan Kredit Bürosu (Büro) martın 6-dan etibarən kredit tarixçələrinin realizasiyasına başlayıb. Bürodan verilən xəbərə görə, hazırda Büro 30 bank, 12 ləğv prosesində olan bank, 44 bank olmayan kredit təşkilatı, 21 sığorta və 1 təkrarsığorta şirkəti ilə məlumat mübadiləsinin həyata keçirilməsi üzrə müqavilə rəsmiləşdirib.

2018-ci ilin birinci rübünün yekunlarına əsasən fəaliyyət müddəti ərzində Büronun məlumat bazasından 117,310 kredit hesabatı sorğu olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 65% yüksəkdir.

Qeyd edək ki, 2017-ci ilin mart ayında Mərkəzləşdirilmiş Kredit Reyestrində kredit təşkilatları tərəfindən 71,072 sorğu yerinə yetirilib. Büroda aparılmış sorğuların 106,047-si 30 bank, 11,263-ü isə 31 bank olmayan kredit təşkilatı tərəfindən həyata keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259