BANK

Əfqan Cəlilov: Biz çalışırıq ki, problemli aktivləri azaldaq
15 MART
276

Əfqan Cəlilov: Biz çalışırıq ki, problemli aktivləri azaldaq

2018-03-15 16:06:00

“AGBank”ASC-nin digər banklardan ən böyük fərqi ondan ibarətdir ki, onun bu gün xarici öhdəliyi yoxdur. Fins.az xəbər verir ki,“Report”un verdiyi xəbərə görə, bu barədə Bankın İdarə Heyətinin sədri Əfqan Cəlilov məlumat verib. “Vaxtilə xarici öhdəliyə elə də üstünlük verməmişdik. Bank əsasən əhali və korporativ bizneslə işləyir. Ona görə də vəsait adətən daxili bazardan cəlb edilir”- deyə, o qeyd edib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Sədrin sözlərinə görə, hazırda əsas məsələ problemli aktivlərin azaldımasıdır.

“Mənfəət əldə etmək çətindir. Çünki faktiki olaraq Bankın cari vəziyyəti, ümumiyyətlə, iqtisadiyyatda baş verən proseslər onu göstrərir ki, bu gün hər hansı bir artımdan danışmaq bir az çətindir. Sadəcə biz çalışırıq ki, cari mövcud problemləri, vaxtında verilmiş problemli aktivləri azaldaq. Problemli kreditlərin portfeldə payı 20% civarındadır” - deyə, Ə.Cəlilov qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271