BANK

"Moody’s"in Azərbaycan üzrə illik sammiti keçiriləcək
14 MART
211

"Moody’s"in Azərbaycan üzrə illik sammiti keçiriləcək

2018-03-14 15:14:00

Beynəlxalq reytinq agentliyi “Moody’s Investors Service” may ayının 24-də Azərbaycan üzrə illik sammit keçirəcək. Fins.az agentliyə istinadən xəbər verir ki, sammitdə islahatların həyata keçirilməsində inkişaf, ölkənin kredit reytinqinə təsir edən əsas açar faktorlar müzakirə olunacaq. Sammitdə Azərbaycanın suveren reytinqi, bank sektorunda vəziyyət, neftin qiyməti və neft sektoruna baxış mövzuları müzakirə ediləcək.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Qeyd edək ki, Azərbaycanın uzunmüddətli kredit reytinqi agentlik tərəfindən “Ba2” səviyyəsində, “stabil” kimi qiymətləndirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267