BANK

Lirənin devalvasiyası sayəsində çıxış yolu tapıla bilər?
12 MART
435

Lirənin devalvasiyası sayəsində çıxış yolu tapıla bilər?

2018-03-12 12:37:00

Türk lirəsinin məzənnəsi üçün "zəif nöqtə" hesab olunan ölkəyə xaricdən kapital axını məsələsi yenidən aktuallaşır. Fins.az xəbər verir ki, bu barədə"Report", "Bloomberg" agentliyinə istinadən məlumat verib. Türkiyənin xarici kapital axınına ehtiyacı getdikcə daha çox artır.

İqtisadçılar bildirir ki, Türkiyə bazarına daxil olan xarici investisiya fondları yüksək faiz axtarışındadır. Lakin yerli bazarda investisiya mühitinin pisləşməsi kapitalın əks istiqamətdə hərəkət edəcəyini göstərir.

Qeyd edək ki, Türkiyəyə birbaşa investisiya qoyuluşları nəzərəçarpacaq dərəcədə azalıb. Bu rəqəm (illik birbaşa investisiyalar) ötən il dekabrın 1-nə 8,1 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2015-ci ilin ortalarında müşahidə edilmiş iqtisadi böhran dövründəki göstərici ilə eynidir. Türkiyənin cari balansındakı kəsirin cəmi 20%-nin uzunmüddətli investisiyalar hesabına təmin edildiyi bildirilir. Yəni iqtisadi böhran olarsa, kəsirin əsasən qısamüddətli investisiyalar hesabına bağlanması ciddi problem yarada bilər. 

Qeyd edək ki, Türkiyənin yanvar ayı üzrə illik cari kəsir göstəricisi 51,6 mlrd. dollar təşkil edib. Bu, 2014-cü ilin ortalarından bəri ən yüksək rəqəmdir. 

"Report"un analitik qrupu hesab edir ki, cari balansda kəsirin azaldılmasının yeganə yolu ixracı artırmaq və idxalı azaltmaqdır ki, bu da qısamüddətli perspektivdə türk lirəsinin devalvasiyası ilə mümkün ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256