BANK

BOKT-lara dair təkliflər dinlənilib - Maliyyə Bazarlarına Nəzarət Palatası
05 MART
337

BOKT-lara dair təkliflər dinlənilib - Maliyyə Bazarlarına Nəzarət Palatası

2018-03-05 17:54:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata)və Azərbaycan Mikromaliyyə Assosiasiyası(AMFA)arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi məqsədilə görüş keçirilib. Görüşdə Palatanın Baş icraçı direktoru İbrahim Alışov və AMFA-nın İdarə Heyətinin üzvləri Süleyman Kələşov, Cəlal Əliyev vəİcraçı direktoru Jalə Hacıyeva  iştirak ediblər.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Müzakirələr zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının cari fəaliyyəti, bank olmayan kredit təşkilatları, sektoruncari durumu və inkişaf perspektivləri, sektorda tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlərə toxunulub.

Palatanın Baş icraçı direktoru İbrahim Alışov ölkədə bank olmayan kredit təşkilatları tərəfindən əhalinin, xüsusilə regionlarda fiziki şəxslərin istehlak və kiçik sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində son illər ərzində görülmüş işlər və cari vəziyyət barədə söhbət açıb.

Baş icraçı direktor ölkədə sağlam və dayanıqlı sektorun formalaşması, eləcə də əhalinin maliyyə xidmətlərinə daha rahat çıxışının təmin edilməsi,istehlakçı hüquqlarının qorunması, bank olmayan kredit təşkilatlarında korporativ idarəetmənin gücləndirilməsi və digər çağırışların operativ və effektiv həlli məqsədilə Azərbaycan Mikromaliyyə Assosiasiyasının aktivliyinin artırılmasının zəruriliyini bildirib. Bu istiqamətdə bank olmayan kredit təşkilatlarının Assosiasiya ilə daha sıx əməkdaşlıq etməsinin vacibliyi qeyd edilib.

Görüşün sonunda sektorunun uğurlu və səmərəli inkişafı istiqamətində təkliflər dinlənilib, müvafiq tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267