BANK

Aktivlərindən ən yaxşı istifadə edən banklar
05 MART
211

Aktivlərindən ən yaxşı istifadə edən banklar

2018-03-05 09:38:00

Azərbaycanda fəaliyyət göstərən 30 bank 2017-ci ildə 883,6 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 27,921 milyard manat məbləğində aktivlərin 3,16%-i qədərdir. Fins.az xəbər verir ki,bu, "Renkinq"in apardığı araşdırma nəticəsində məlum olub.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, ötən ili mənfəətlə başa vurmuş 19 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 9,27%-ni təşkil edib. Yeri gəlmişkən, ABB Avrasiya" aktivlərinin məbləğinə görə də ölkədə liderdir.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri İran Milli Bankının Bakı filialı tutub. İran bankı ötən il aktivlərinin 6,89%-i qədər mənfəət əldə edib. Baxmayaraq ki, Bakı filialı aktivlərinin məbləğinə görə, 30 bank arasında 29-cu yerdə qərarlaşıb.

3-cü yerə isə 4,2%-lik göstərici ilə "Naxçıvan Bank" sahib olub. Baxmayaraq ki, ölkənin yeganə regional bankı aktivlərinin məbləğinə görə, 30 bank arasında yalnız İran və Pakistan Milli Banklarının Bakı filiallarını üstələyir. 

Mənfəətlə işləyən qalan 16 bankdan 8-də sözügedən göstərici 1-2% arasında, 8-də isə 0-1% arasında dəyişir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267