BANK

Məcmu bank aktivləri 27 dəfə artıb - AZƏRBAYCANDA
14 FEVRAL
309

Məcmu bank aktivləri 27 dəfə artıb - AZƏRBAYCANDA

2018-02-14 12:16:00

003-2017-ci illər ərzində Azərbaycanda bank aktivlərinin ümumi həcmi 27 dəfəyə yaxın artıb. Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bildirib. Fins.az Report.az-a istinadən xəbər verir ki, Onun sözlərinə görə, hesabat dövründə kredit portfelinin həcmi 19 dəfə artıb: "Bu illər ərzində bank sektorunun depozit bazası 28 dəfə, əhalinin əmanətləri isə 30 dəfəyə yaxın artıb. Bank sektorunun kapitallaşması davam edib. Cəmi kapitalın həcmində 20 dəfəyə yaxın artım müşahidə olunub".

Z.Nuriyev qeyd edib ki, 188 mln. manatdan başlayan balans kapitalının həcmi bu gün 3,7 mlrd. manata çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254