BANK

Bu bank nizamnamə kapitalını artırmaq üçün səhm buraxacaq - AZƏRBAYCANDA
07 FEVRAL
901

Bu bank nizamnamə kapitalını artırmaq üçün səhm buraxacaq - AZƏRBAYCANDA

2018-02-07 22:55:00

“Rabitəbank” ASC nizamnamə kapitalını 20 mln. manat və yaxud 22,6% artıraraq 108,5 mln. manata çatdıracaq. Fins.az Report-a istinadən xəbər verir ki,bu barədə Bankdakı mənbə bildirib. Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 20,29 manat olan 985 708 ədəd yeni səhm buraxılacaq. Qiymətli kağızlar qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək. Onları “Rabitəbank”ın mövcud səhmdarlarının alacağı və yaxud Banka yeni səhmdar cəlb ediləcəyi hələ ki, məlum deyil.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 88 500 069,82 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 20,29 manat olan 4 361 758 ədəd yeni səhm əsasında formalaşıb. Səhmlərin 22,5%-i Rauf Zeynal oğlu Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 22,2%-i Validə Maarif qızı Abasovaya, qalan 43,7%-i isə Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), Aslan Tarqulu oğlu Xasiyevə (Müşahidə Şurasının üzvü), Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), Dilarə Nəsrəddin qızı Nuriyevaya, Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta"nın 15%-lik səhmdarı), eləcə də digər fiziki şəxslərə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259