BANK

5 bankın faiz gəlirləri 100 milyon manatdan çoxdur
06 FEVRAL
368

5 bankın faiz gəlirləri 100 milyon manatdan çoxdur

2018-02-06 17:26:00

2017-ci ildə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin faiz gəlirləri 100 milyon manatdan çox olub. Fins.az Report-a istinadən xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (510,101 milyon manat), "Kapital Bank" (263,363 milyon manat), "PAŞA Bank"dır (158,157 milyon manat), "Access Bank" (102,475 milyon manat) və "Xalq Bank"dır (100,33 milyon manat).

Qalan 25 bankdan 3-də faiz gəlirləri 50-100 milyon manat arasında, 18 bankda faiz gəlirləri 10-50 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (829 min manat), İran Milli Bankının Bakı filialı 2,967 milyon manat), "Naxçıvan Bank" (5,363 milyon manat) və "Günay Bank"dır (6,915 milyon manat).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276