BANK

“Aqrarkredit” ötən ilki kreditlərinin – HƏCMİNİ AÇIQLADI
06 FEVRAL
111

“Aqrarkredit” ötən ilki kreditlərinin – HƏCMİNİ AÇIQLADI

2018-02-06 09:36:00

 “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) ötən il öz vəsaitləri hesabına 2 814 sahibkarlıq subyektinə 80,5 mln. manat kredit verib.

Fins.az xəbər verir ki, bunu BOKT-un İdarə Heyətinin sədri Məmməd Musayev deyib.

Onun sözlərinə görə, bu kreditlərin 20,8 mln. manatı heyvandarlığa, 48,7 mln. manatı bitkiçiliyə (pambıqçılıq, ipəkçilik, tütünçülük, meyvəçilik və s.), 11 mln. manatı isə digər sahələrə verilib.

Bundan başqa, maliyyə qurumu 2017-ci ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına isə 437 sahibkarlıq subyektinə 6,2 mln. manat, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri hesabına isə 2,3 mln. manat kredit ayırıb.

Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 669 490,87 manatdır. BOKT-un səhmləri 100% dövlətə məxsusdur. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301