BANK

“Texnikabank” və “Yunayted Kredit Bank”a məxsus qeyri-yaşayış sahələri hərraca çıxarılacaq
11 YANVAR
617

“Texnikabank” və “Yunayted Kredit Bank”a məxsus qeyri-yaşayış sahələri hərraca çıxarılacaq

2018-01-11 11:19:00

Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan “Texnikabank” ASC-yə məxsus iki, “Yunayted Kredit Bank” ASC-yə məxsus bir qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı hərrac keçirir.

Fins.az xəbər verir ki, auksionda iştirak üçün ərizələrin qəbulu yanvar 11-dən fevralın 11-dək həyata keçiriləcək. Hərrac isə fevralın 13-də baş tutacaq.

Qeyd edək ki, “Texnikabank”a məxsus ofis sahələri üçün icarə haqqının start məbləği ƏDV daxil olmaqla 1250  və 1650 manat, “Yunayted Kredit Bank”a məxsus ticarət obyekti üçün 4550 manatdır. 

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255