BANK

Yeni İldə yeni filial işə başlayacaq - MÜSAHİBƏ
09 YANVAR
799

Yeni İldə yeni filial işə başlayacaq - MÜSAHİBƏ

2018-01-09 13:03:00

Fins.az ın ənənəvi olaraq bu dəfə ki, müsahibə qonağı  Rabitəbankın Reklam və İctimaətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Cəlilova olub. Xanım Cəlilova Fins.az-ın banka ünvanlandırdığı sualları cavablandırıb. Müsahibəni olduğu kimi təqdim edirik.

Rabitəbank ASC-nin marketinq strategiyası nədən ibarətdir?

Rabitəbank ASC-nin marketinq strategiyası uzun illərin təcrübəsinə əsaslanaraq  bazar araşdırmasının tətbiqini, hədəf kütləsinin müəyyən edilməsini, onlara müxtəlif kanallarla çıxış üsullarının həlli yollarını və müştəri məmnunluğunun qoruyub saxlanmasını özündə birləşdirən mürəkkəb prosesdir. Hazırda marketinq strategiyası üzərində ciddi işlər aparılır. Onu deyə bilərəm ki, gələn ildən rəqəmsal kanallar vasitəsilə yeni xidmət və məhsullarımız ilə hədəf qruplarımıza daha yaxın olacağıq.

Rabitəbank böyük həcmli kreditləri əsasən hansı sahəyə ayırır?

Rabitəbank  ASC – nin böyük həcmli kreditləri əsasən kənd təsərrüfatı, tikinti sektoru və müxtəlif sənaye məhsullarının istehsalına ayırır. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.

Rabitəbank-ın hazırda ölkə üzrə nə qədər bankomatı var?

Rabitəbank  Bakı və regionlarda öz bankomat şəbəkəsini genişləndirməkdə davam edir. Hal-hazırda Rabitəbank ASC 61  bankomatdan ibarət şəbəkəyə malikdir.

Yaxın gələcəkdə yeni filial gözlənilirmi?

Hazırda Rabitabank ASC-nin 22 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 15-i  isə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir. Növbəti il ərzində 1 yeni filialın Bakı şəhərində açılması planlaşdırılır.

Rabitəbank -ı digər banklardan fərqləndirən nədir?

Rabitəbank ASC yarandığı gündən bu günədək xalqın etibarını və rəğbətini qazanmış banklar sırasındadır. Müştəri tələbatını analiz edərək onların arzu və istəklərinə uyğun şəkildə xidmət və məhsulların yaradılması və operativ fəaliyyəti sayəsində müştəri məmnunluğuna nail olunması bankı fərqləndirən əsas səbəblərdəndir.

Onu da bildirim ki, Rabitəbank ASC gələn il öz fəaliyyətinin 25 illiyini qeyd edəcək. Yubiley münasibətilə qarşıdan gələn ilin fərqli və müxtəlif kampaniyalarla yaddaqalan keçməsini planlaşdırırıq. Birgə gələcəyimizi düşünərək inkişaf, innovasiya və texnologiya ilə yeni mərhələyə qədəm qoymaqla maliyyə bazarında mövqeyimizi daha da gücləndirməyə iddialıyıq. Ölkəmizin inkişafı, vətəndaşlarımızın rifahı üçün bundan sonra da müştərilərimizə xidmət göstərməyə, bizə olan etimadı möhkəmləndirməyə davam edəcəyik!

İşçilərinizi necə işə götürürsüz – işə qəbul prosesi

Bankın hər bir vakant vəzifəsi üçün tələblər vəzifəyə dair əsas kompentensiyalardan (səriştələrdən) irəli gələrək müəyyən edilir və bu tələblərə cavab verən namizədlər seçim mərhələsinə qoşulurlar. Bankda seçim mərhələləri vakant vəzifədən asılı olaraq məntiq, bilik və  müəyyən vəzifələr üçün psixoloji testlərdən, habelə müsahibədən ibarətdir.

Bu gün Rabitəbank həm təcrübəsiz, həm də təcrübəli namizədlər üçün işə qəbul imkanları yaradır.

Belə  ki, bank, universitet məzunlarına və təcrübəsi olmayan gənc kadrlara Bankın təcrübə proqramlarına qoşularaq özünün bilik və bacarıqlarını inkişaf etdirmək, işləmək istədiyi sahənin incəliklərini öyrənmək və korporativ mühitə uyğunlaşmaq üçün imkanlar yaradır. Vaxtilə bu cür proqramlara qoşulan, hazırda fəxr etdiyimiz uğurlu filial müdirlərimizi, habelə rəhbər vəzifələrdə çalışan digər işçilərimizi misal gətirmək olar.

Hazırda bankın aktiv inkişaf dövrünü yaşadığını nəzərə alaraq, təcrübəsiz namizədlərə yönəldilmiş işə qəbul proqramları ilə yanaşı müəyyən vəzifələr üçün kənardan təcrübəli mütəxəssislər də aktiv cəlb edilir. Belə hallarda isə namizədlərin peşəkar təcrübəsi ilə yanaşı daima öz üzərində çalışması, pozitivliyi, işinə yaradıcı yanaşması və bankın korporativ mədəniyyətinə uyğunluğu nəzərə alınır. Bizim üçün namizədlərin şəxsi keyfiyyətləri və davranış səriştələri peşakar təcrübələri qədər önəmlidir.

Müəllif: Xeybər Heydərov 

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254