BANK

Yeni il tətilində əlçatan olan bank xidmətləri
26 DEKABR 2017
221

Yeni il tətilində əlçatan olan bank xidmətləri

2017-12-26 16:41:00

Yeni il artıq qapımızın astanasındadır və hamı onu qarşılamağa hazırlaşır. Banklar da istisna deyil. Yeni il ərəfəsində bir çox bankların şöbələri xüsusi rejimdə çalışmalı olur. Bu həftə köhnə ildə bankların öz işini normal davam etdirdikləri son iş həftəsidir. Banklar da bizim kimi tətilə çıxacaq. 

Əvəzində onlayn-bank və bankomatların xidmətləri tam həcmdə sizin xidmətinizdə olacaq. Bu barədə Banco.az portalına ölkənin aparıcı bankların müştəri xidmətləri məlumat verib. Ona görə də əksər bank xidmətlərindən onlayn rejimdə faydalanmaq mümkün olacaq.

Ofisə getmədən ödənişlər edirik

İnternet bankinq xidməti ilə mobil telefonların, internetin, ev telefonunun, kommunal xidmətlərin. dövlət yol polisinin cərimələrini də ödəmək olar.

Həmçinin kredit və kredit kartları üzə onlayn ödənişlər də etmək olar. Bu işdə siz həm bankların korporativ saytlarından, həm də ki, hesab.az və ya E-Pul kimi ödəniş portallarından istifadə edə bilərsiniz.

Kreditlərini onlayn ödəyə biləcəyimiz banklar ilə burada tanış olun. Bu yazırda siz nəinki onlayn, həm də terminallar vasitəsi ilə xidmətindən istifadə edə biləcəyiniz banklar ilə tanış olacaqsınız. 

Unutmayın ki, qeyri-iş günləri və 17:00-dan sonra edilmiş ödənişlər növbəti iş günü icra olunacaq. Banklarımız tam iş rejiminə yanvarın 5-də qayıdacaq.

Lakin bu hələ son deyil. Siz ödəniş terminalları və banklarımızın bankomatları, cash in terminalları vasitəsilə də kreditlərinizi ödəyə, kartınızın balansındakı nağd vəsaiti artıra, kartdan karta pul köçürə, nağd vəsait göndərə bilərsiniz. Məsələn Bank of Baku bankomatları sizə pul köçürmələri etməyi imkanını da verir. 

Cash İn bankomatları – Azər-Türk Bank, Xalq Bank, Beynəlxalq Bank, Bank Respublika da vardır.

Bank of Baku,  Bank Respublika, Unibank, AccessBank “Cash in” terminallarına sahib banklardır.

Hər bir metro stansiyası, iri ticarət mərkəzləri və ya kiçik dükanlarda rast gəldiyimiz ödəniş terminalları MilliÖN, ExpressPay, EasyPay və E-Manat, sizə banka getmədən bir sıra əməliyyatları gerçəkləşdirmək imkanı verir.  Ödəniş terminalları ilə bağlı daha ətraflı yazımızı buradan oxuyun.  

İnternet Bankinq və Mobil Bankinq

Bununla yanaşı, kredit hesablarınızı internet və mobil bankinq xidmətləri vasitəsi ilə idarə edə bilərsiniz. Əsas odur ki, bankınız sizə həmin xidmətləri təklif etmiş olsun. Heç də bütün banklarda internet və mobil bankinqin sizə verdiyi imkanlar eyni deyil. Həmin xidmətlərin imkanlarını öyrənmək üçün banka müraciət etməyiniz tövsiyə olunur.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300