BANK

AYİB Azərbaycanda sərt pul-kredit siyasəti davam etdirilməlidir
22 NOYABR 2017
305

AYİB Azərbaycanda sərt pul-kredit siyasəti davam etdirilməlidir

2017-11-22 11:22:00

Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 2% böyüyəcək.

Fins.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) yenilənmiş proqnozunda deyilir.

EBRD-nin proqnozuna əsasən, cari ildə Azərbaycanın ÜDM-i 0,5% azalacaq.

Növbəti ildə iqtisadi artımın əsas səbəbi kimi "Şahdəniz-2" və TANAP layihələrinin işə düşməsi göstərilir.

Hesabatda həmçinin deyilir ki, makroiqtisadi sabitliyin qorunması üçün hökumət sərt pul-kredit və fiskal siyasətini davam etdirməlidir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276