BANK

Bank kartlarından bu qədər pul nağdlaşdırılır – AZƏRBAYCANDA
15 NOYABR
269

Bank kartlarından bu qədər pul nağdlaşdırılır – AZƏRBAYCANDA

2017-11-15 12:41:00

Hazırda ölkəmizdə 5 milyon 600 min kart var. Fins.az -a kartlarla bağlı müsahibə verən iqtisadçı ekspert Cəfər İbrahimli ölkəmizdə 580 min kredit kartlarının olduğunu bildirdi. Ekspertin sözlərinə görə əhali ən çox kartlardan nağd pulun çıxardılmasında istifadə edir. Hazırda ay ərzində kartlardan 1.2 milyard manat kartlar vasitəsi ilə nağdlaşdırılır. Cəfər İbrahimlinin sözlərinə görə buda kartlatda olan pulun 80% deməkdir. Ekspet ay ərzində nağdsız ödənişlərin həcminin 93 milyon manat olduğunu bildirdi.

Nağdsız ödənişlərin həyata keçirilməsinə mane olan nədi?

Cəfər İbrahimli bunun bir neçə süəbəbinin olduğunu bildirdi. O nağdsız əməliyyatlardan istifadəyə təsir edən amillərdən birinin də kartdan istifadə zamanı xidmət haqqlarının tutulmasını əsas gətirdi. Bundan başqa mənzil komunal xidmətlərin də xüsusi aparatlar vasitəsi ilə həyata keçirilməsi mənfi təsir edən amillərdən hesab etmək olar deyə ekspert Cəfər İbrahimli qeyd etdi.

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287