BANK

Beynəlxalq Bank “Bakı Taksi” və “Baghlan Group” şirkətlərini məhkəməyə verib
14 NOYABR
314

Beynəlxalq Bank “Bakı Taksi” və “Baghlan Group” şirkətlərini məhkəməyə verib

2017-11-14 17:25:00

Azərbaycan Beynəlxalq Bankı” ASC “Bakı Taksi” MMC və “Baghlan Group” MMC-ni məhkəməyə verib.

Fins.az-ın məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Bank borcun tutulması barədə tələb irəli sürüb.

Lakin borcun məbləği açıqlanmayıb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan MMC-lər apellyasiya şikayəti veriblər.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Baghlan Group”un sahibi “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovdur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291