BANK

Banklarda cari hesab açmaq neçəyədir? – QİYMƏTLƏR
07 NOYABR
563

Banklarda cari hesab açmaq neçəyədir? – QİYMƏTLƏR

2017-11-07 17:21:00

Bankların müştərilərə göstərdiyi xidmətlərdən biri də cari hesabın açılmasıdır. Bankda fiziki şəxs kimi cari hesab açdırmaq istəyənlərdən əsasən vöen, şəxsiyyət vəsiqəsi,  vergidən şəhadətnamə dublikatı tələb olunur. Bankda hüquqi şəxs kimi cari hesab açdırarkən isə aşağıdakı sənədlər tələb olunur.

İmza və möhür nümunələri vərəqəsində imza hüququ olan bütün səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənəd (Bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənədin əsli geri qaytarılır)

Hüquqi şəxsin nizamnaməsinin (əsasnaməsinin) notarial qaydada təsdiqlənmiş surəti

Hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə sənədin notarial qaydada təsdiqlənmiş surəti

Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surəti

Müvafiq vergi orqanı tərəfindən verilmiş Şəhadətnamə-dublikatın əsli

Müvafiq dövlət sosial sığorta orqanından (kommersiya məqsədli hüquqi şəxslər istisna olmaqla) verilmiş Şəhadətnamə-dublikatın əsli

Notarial qaydada təsdiq olunmuş imza və möhür olan vərəqələr – 2 nüsxədə (hər ikisinin əsli)

Lazımı sənədləri təqdim etdikdən sonra istər fiziki istərsə də hüquqi şəxs kimi bankda cari hesab açdırmaq olar. Bəs banklarda cari hesab neçəyə açılır və hesabdakı pulu nağdlaşdırarkən neçə faiz komissiya haqqı tutulur. Bütün bular barədə Fins.az banklardan məlumat əldə edib oxuculara təqdim edir.

Bankın adı

Hesabın açılması ödənişli və ya ödənişsiz

Fiziki şəxsin cari hesabından manat və ya dollarda  nağdlaşdırma komissiyası

Hüquqi şəxsin cari hesabdan nağlaşdırarkən komissiya haqqı manat və dollarla

AccessBank

 Pulsuz

Manat və dollarla 0.7%

Manat və dollarla – 0.6%

AFB Bank

Fiziki şəxs üçün 10 manat; hüquqi şəxslə razılaşma yolu ilə

Cari hesab açılan filialda pulsuz digərlərində 0.5%

Cari hesab açılan filialda pulsuz digərlərində 0.5%

AGB Bank

pulsuz

Manatla 0.5 dollarda 0.7%

Manatla 0.5 dollarda 0.7%

Amrahbank

Fiziki şəxslər üçün pulsuz hüquqi şəxslər üçün isə 10 manat

Manatla 0.5% dollarla 0.7%

Manatla 0.5% dollarla 0.7%

AtaBank

pulsuz

Manatla və dollarla 0.8%

Manatla və dollarla 0.8%

Azərbaycan Beynəlxalq Bank

Pulsuz

Manatda 0.5% dollarda 0.6%

Manatda 0.5% dollarda 0.6%

Azər Türk Bank

Fiziki şəxslər üçün 10 manat. Hüquqi şəxslər üçün 20 manat

Manat və dollarda 0.5%

Hüquqi şəxslərdə müqaviləyə əsasən

Bank Avrasiya

Fiziki və hüquqi şəxslər üçün 10 manat

Bir il ərzində komissiya tutulmur.Bir ildən sonra 0.5 %

Hüquqi şəxslərə müqavilə əsasında . Dollarda nağdlaşdırmaq olmur.

Bank BTB

pulsuzdur

Manat və dollarda 1%

Manat 0.5% dollarda 0.8%

Bank Silk Vay

Fiziki şəxslər üçün pulsuz ;hüquqi şəxslər üçün 50 manat

İl ərzində komissiya tutulmur. Bir ildən sonra manatdan 0.5% dollar 0.8%

Manat 0.5%; dollar 0.8%

VTB Azərbaycan

Pulsuz

Manat 1%;dollar 0.5%

Manat 1%;dollar 0.5%

DəmirBank

pulsuz

Manat 0.8% dollar 1%

Manat və dollar 0.5%

ExpressBank

pulsuz

Manat və dollar 1%

Manat və dollar 0.65%

GunayBank

pulsuz

Manat və dollar 0.5%

Manat və dollar 0.5%

KapitalBank

Fizki pulsuz ; hüquqi 20 manat

Manatla 0.6% dollar 0.1%

Manatla 0.6% dollar 0.1%

İran Melli Bankı

10 manat

Manat 0.5% dollar 0.1%

Manat 0.5% dollar 0.1%

MuğanBank

pulsuz

1% hər ikisində

1% hər ikisində

Ziraət Bank

10 manat

Manat 0%; dollar 0.5%

Manat 0%; dollar 0.5%

NBC Bank

pulsuz

Manat 0.5%; dollar0.8%

Manat 0.5%; dollar0.8%

NikoilBank

pulsuz

Manat və dollar  0.6%;

Hüquqi manat 0.5%; dollar 0.4%

Pakistan Milli Bankı

10 manat

Manat və dollar 1%

Manat və dollar 1%

PaşaBank

Fiziki şəxslər üçün 100 manat hüquqi şəxslər üçün 40 manat

Manat və dollar 1%

Manat və dollar 1%

RanitəBank

Fizizki və hüquqi şəxslər üçün manatla pulsuz digər valyutada 10 manat

Manatla 0.5%; digər valyuta da 0.6%

Bir il ərzində 0% komissiya . Bir ildən sonra manat 0.5% dollar 0.6%

TuranBank

pulsuz

Manat 0.5% dollar 0.6%

Manat və dollar 0.6%

Yapı Kredi Bank

5 manat

Manat 0.6%; dollar 0.8%

Manat 0.6%; dollar 0.8%

Unibank

pulsuz

1 il pulsuz ; bir ildən sonra manat və dollar 1%

1 il pulsuz ; bir ildən sonra manat və dollar 1%

ASB Bank

pulsuz

Manat 0.5%; dollar 0.8%

Manat 0.5%; dollar 0.8%

Bank of Baku

pulsuz

Manat 0.7 %; dollar 1%

Manat 0.7 %; dollar 1%

Bank Respublika

pulsuz

Manat 0.5%; dollar 0.8%

Manat 0.5%; dollar 0.8%

 

Müəllif:Xeybər Heydərov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287