BANK

Yapı Kredi Bank Azərbaycan Bakı Şoppinq Festivalına Dəstək verir
19 OKTYABR
103

Yapı Kredi Bank Azərbaycan Bakı Şoppinq Festivalına Dəstək verir

2017-10-19 14:00:00

15 Oktyabr-15 Noyabr tarixləri arasında paytaxtımızda Bakı Şoppinq Festivalı keçirilir. İkinci dəfə keçirilən Bakı Şoppinq Festivalında Yapı Kredi Bank Azərbaycan da ikinci dəfə müvəkkil banklardan biri seçilmişdir. Belə ki, ölkə vətəndaşları və şəhərimizin qonaqları müəyyən edilən alış-veriş nöqtələrində 100 AZN-dən yüksək etdiyi alış-verişlərin ƏDV-nin müəyyən qismini geri qaytara bilərlər. Bunun üçün, alış-veriş edənlərin təyin edilmiş vergi köşkünə yaxınlaşaraq müvafiq qəbzi aldıqdan sonra elə həmin gün Yapı Kredi Bank Azərbaycanın Səbail və Nərimanov filiallarına gəlmələri tələb edilir. Nağd əməliyyatlar üzrə ƏDV həmin gün, qeyri nağd əməliyyatlar üzrə isə 10 iş günündən gec olmayaraq müştərilərin hesablarına qaytarılacaqdır. Yapı Kredi Bank Azərbayan QSC-nin Səbail və Nərimanov filiallarının ünvanları aşağıdakı kimidir.

Səbail Filialı

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu,Nizami küçəsi 69 
Tel: (+994 12) 497 77 95

İş qrafiki: Bazar Ertəsi - Cümə 09:00 - 22:00; Şənbə 10:00 - 22:00; Bazar 10:00 - 22:00

 

 

Nərimanov Filialı

Ünvan: Azərbaycan, Bakı şəhəri. Təbriz Küçəsi, 106A
Tel: həftə içi : (+994 12) 497 77 95

İş qrafiki: Bazar Ertəsi - Cümə 09:00 - 22:00; Şənbə 10:00 - 22:00; Bazar 10:00 - 22:00

XÜSUSİ TƏKLİF

Əlavə olaraq, Yapı Kredi Bank Azərbaycan 18 Oktyabr-15 Noyabr tarixlərində Bakı Şoppinq Festivalı 2-də Worldcard-la alış-veriş edən müştərilərə xüsusi kampaniya təklif edir. Belə ki, World-ə Üzv Şoppinq Festivalında iştirak edən mağazalarda Worldcard-la hissə-hissə alış-veriş edən müştərilər aldıqları məhsulun dəyərini 2 ay sonra ödəməyə başlayacaqlar.

Yapı Kredi Bank Azərbaycan Haqqında

Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285