BANK

“Bankların bağlanmasının tərəfdarı deyilik”
17 OKTYABR
229

“Bankların bağlanmasının tərəfdarı deyilik”

2017-10-17 12:21:00

Azərbaycan Banklar Assosiasiyası, kapital çatışmazlığı və digər səbəblərə görə, hər hansı bankın bağlanmasının tərəfdarı deyil.

Bunu  Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib.

“Biz bazarın daha da inkişaf etməsini istəyirik. Bir bankın bağlanması əhali arasında ajiotaja səbəb olur, xeyli sayda insan iş yerini itirir.  Biz bankların sağlamlaşdırılmasının tərəfdarıyıq. Bunun üçün müxtəlif yollar – birləşmək, kapitalın artırılması vəs. mövcuddur”.

Zakir Nuriyev qeyd edib ki, hazırda bir neçə bank arasında birləşmək üzrə danışıqlar aparılır:

“Bu gün hansısa konkret qərarlar yoxdur. Ümumiyyətlə birləşmə danışıqlarının aparılması müsbət haldır. Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası belə danışıqları dəstəkəyir”.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291