BANK

Şirkətlər işçiləri üçün banklarda hesab,maaş kartını necə və neçəyə açdıra bilər? - QİYMƏTLƏR
16 OKTYABR
354

Şirkətlər işçiləri üçün banklarda hesab,maaş kartını necə və neçəyə açdıra bilər? - QİYMƏTLƏR

2017-10-16 17:00:00

Banklar bütün mülkiyyət formalarına malik olan təşkilatlara, eləcə də fərdi sahibkarlara sürətli və rahat hesablaşmaların aparılması üçün  cari hesab açılmasını təklif edir. Bəs cari hesab və işçiləri üçün şirkətlər hansı qaydalar və qiymətlərlə hesab açıb pul köçürə bilərlər?! Fins.az şirkətlərin hansı banklarda hesabı neçəyə aça biləcəyini öyrənib.

Hüquqi şəxslərə cari hesabın açılması üçün zəruri olan sənədlər:

İmza və möhür nümunələri vərəqəsində imza hüququ olan bütün səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənəd (Bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənədin əsli geri qaytarılır).;

Hüquqi şəxsin nizamnaməsinin (əsasnaməsinin) notarial qaydada təsdiqlənmiş surəti;

Hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə sənədin notarial qaydada təsdiqlənmiş surəti;

Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiqlənmiş surəti;

Müvafiq vergi orqanı tərəfindən verilmiş Şəhadətnamə-dublikatın əsli;

Müvafiq dövlət sosial sığorta orqanından (kommersiya məqsədli hüquqi şəxslər istisna olmaqla) verilmiş Şəhadətnamə-dublikatın əsli;

Notarial qaydada təsdiq olunmuş imza və möhür olan vərəqələr – 2 nüsxədə (hər ikisinin əsli)

Bankların maaş kartları üçün təklif etdiyi xidmətlərin qiyməti isə belədir:

Bankın adı

Hesab üçün ödənməli pul

İşçilərə pul köçürəndə tutulan komissiya haqqı

Bankomatdan pul çıxararkən tutulan komissiya haqqı

Maaş kartının qiyməti

AccsessBank

Pulsuz

0.003%-interbankinglə pulsuz

1 % tutulur

pulsuz

AFB bank

10 manat

0.6 %

0.6%

 

AGB bank

10 manat

1 %

Komissiya haqqı tutulmur

1-illik 10 manat

Amrahbank

10 manat

1%

1% tutulur

10 manat

ATA bank

pulsuz

0.8% tutulur

tutulmur

Kartlar 8 manat

Azərbaycan Beynəlxalq Bank

pulsuz

0.8%

tutulmur

1-illik 10 manat

Expressbank

Manatda pulsuz digər valyutalarda 10 manat

0.7%

tutulmur

1 illik -4 manat

Gunaybank

pulsuz

1%

tutulmur

1 illik 10-15 manat

Kapital Bank

20 manat

1%

0.5 %

1 illik 8 manat

Nikoil bank

pulsuz

0.8%

tutulmur

2 illik 15 manat

Rabitəbank

Manatla pulsuz

0.6-0.8%

tutulmur

1 illik – 8 manat

Turanbank

pulsuz

1% tutulur

tutulmur

1 illik-10 manat

Azər Türk Bank

20 manat

0.5%

tutulmur

1 illik-9 manat

Bank of Baku

pulsuz

0.7%

tutulmur

4 illik-8 manat

Bank Respublika

10 manat

1%

tutulmur

Kart pulsuzdur

Bank VTB

pulsuz

0.2-0.5%

tutulmur

15 manat

 Müəllif:Xeybər Heydərov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285